Ermənistanda qiyam həyəcanı: snayperlər damlara yerləşdirildi
Ermənistanda silahlı qrupun polis bölməsinin binasına hücum etməsi nəticəsində hər iki tərəfdən də yaralananlar var.
BAKU.WS-in məlumatına görə, hücumu təşkil edənlərdən Tatul Tamrazyan yaralanıb və xəstəxanaya yerləşdirilib. Məlumata görə, polis bölməsinin yerləşdiyi Erebuni rayonundakı binaların damlarına snayperlər yerləşdirilib. Hadisə nəticəsində ölənlərin də olduğu bildirilir.
Qeyd edək ki, bu gün bir qrup silahlı şəxs binaya daxil olaraq onu ələ keçirib.
Onlar qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən "Şuşa” batalyonunun komandiri, keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyan azad edilməsini tələb edirlər.
Binanın ərazisinə hərbçilər gətirilib. Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan yaxın saatlarda rəsmi açıqlama yayacaqlarını elan edib.
Hazırda polis adıçəkilən rayona aparan bütün yolları bağlayıb.
"Şuşa” batalyonunun komandiri Jirayr Sefilyan iyunun 20-də Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs edilərək həbs edilib. ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı məlumat yayıb.
Keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyanın evində və onun rəhbəri olduğu "Əlahiddə Şuşa batalyonu veteranları” ictimai birliyinin ofisində də axtarış olub.
Keçmiş komandir, siyasi xadim silah-sursat əldə etmək, onların daşınmasını təmin etmək və qanunsuz saxlama ittihamları ilə saxlanılıb.
Jirayr Sefilyan aprel döyüşlərindən sonra Azərbaycan ordusunun təkcə təmas xəttinin şimal-şərq, Ağdərə-Tərtər istiqamətində 7 milyon kvadratmetr ərazini geri ala bildiyini demişdi. "Yoxsa Azərbaycan yaxın vaxtlarda bizə böyük zərbə vuracaq, 2-5 aprel hadisələri hələ başlanğıc olacaq”, - o bildirmişdi.
BAKU.WS
Oxşar xəbərlər
Ermənistandakı qiyam nəticəsində ölənlər olub
İrəvanın Erenburi rayonunda polis alayınının binasına olan silahlı basqın nəticəsində ölən olub. ANS PRESS-in məlumatına görə, bu barədə "Erkir Media" telekanal...