İrəvandakı qiyamçılar Qarabağdakı separatçıların vasitəçiliyindən imtina edib

İrəvandakı qiyamçılar Qarabağdakı separatçıların vasitəçiliyindən imtina edib
Siyasət 966
 

İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrup bəyan edib ki, hazırda hakimiyyətlə danışıqlarda vasitəçi qismində çıxış edən Dağlıq Qarabağ separatçı rejiminin nümayəndəsi Vitali Balasanyan bundan sonra vasitəçi missiyasını həyata keçirməyəcək.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu polis binasını zəbt etmiş silahlı qrupun üzvü Varujan Avetisyan deyib.

Buna səbəb kimi, Vitali Balasanyanın  silahlı qrupla görüşə gələn mətbuat nümayəndələrinin  işinə mane olması qeyd olunub.    

"Biz vasitəçilik etmələri üçün digər şəxslərlə danışıqlar aparırıq. Vasitəçinin adı aparılan danışıqlardan sonra elan olunacaq”, - deyə Avetisyan bildirib.  

Bundan əvvəl silahlı qrup təslim olmaq niyyətində olmadığını bəyan edib.

Qeyd edək ki,  iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hücum zamanı bir polis ölüb, 5-i polis olmaqla 6 nəfər yaralanıb.

Hadisə yerinə toplaşan yüzlərlə mülki vətəndaşlar  silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirəcək polislərə mane olmağa çalışırlar. İyulun 20-də etirazçılar polis xəttini yarmağa cəhd ediblər. Baş vermiş toqquşma nəticəsində 29-u polis olmaqla, 51 nəfər xəsarət alıb, 136 nəfər saxlanılıb.

BAKU.WS

Oxşar xəbərlər

İrəvanda silahlar işə düşdü: Polis etirazçılara atəş açdı – CANLI YAYIM

İrəvanda silahlar işə düşdü: Polis etirazçılara atəş açdı – CANLI YAYIM

İrəvanda silahlı qrup tərəfindən ələ keçirilmiş polis bölməsində polis əməkdaşları və nümayişçilər arasında toqquşmalar başlayıb. Ərazidə atəş səsləri eşidilir....

1950 Hadisə 23:14 20 iyul 2016

Son xəbərlər