Günnüt əməliyyatı: Böyük Zəfərə aparan yolun mühüm mərhələsi

Günnüt əməliyyatı: Böyük Zəfərə aparan yolun mühüm mərhələsi
Video
Siyasət 11

Baku TV-nin "Hərbi xronika" rubrikasının bu dəfəki buraxılışında 2018-ci ilin mayında Naxçıvan istiqamətində baş vermiş Günnüt əməliyyatının strateji əhəmiyyəti və Azərbaycan Ordusunun müasir hərbi hazırlığı diqqətə çatdırılıb.

Bildirilib ki, əməliyyatın əsas məqsədi düşməni qabaqcadan hərəkətlərindən çəkindirmək, Azərbaycanın faktiki nəzarətini bərpa etmək və strateji yüksəkliklər üzərində üstünlük qazanmaq olub.

Qeyd olunub ki, əməliyyat minimal itki ilə həyata keçirilib və Əlahiddə Ümumqoşun Ordu mürəkkəb dağ relyefi və yüksək məxfilik şəraitində qısa müddətdə əsas taktiki hədəflərə nail olub. Döyüş zamanı mühəndis-istehkam tədbirləri qazanılmış mövqelərin uzunmüddətli strateji üstünlüyə çevrilməsini təmin edib, Arpaçay su anbarının təhlükəsizliyi gücləndirilib, həmçinin Dərələyəz istiqamətində kritik kommunikasiya xətləri Azərbaycan Ordusunun vizual müşahidəsi altında qalıb.

Rubrikada vurğulanıb ki, Günnüt əməliyyatı yalnız taktiki uğurla məhdudlaşmayıb, həm də Ordunun real döyüş potensialını təsdiqləyib, qarşı tərəfə psixoloji üstünlük verib və Azərbaycan Silahlı Qüvvələrinin təşəbbüsü ələ alma qabiliyyətini nümayiş etdirib. Əməliyyatda əldə olunan təcrübə sonradan 44 günlük Vətən müharibəsində geniş miqyasda tətbiq olunub və Ordunun yüksək peşəkarlığı ilə birlikdə dövlətin siyasi iradəsinin real təzahürü olub.

Sonda qeyd olunub ki, bu tədbirlər Azərbaycan Ordusunun daimi inkişafını təmin etməklə yanaşı, onun etibarlı çəkindirici güc kimi mövqeyini möhkəmləndirir və ölkənin təhlükəsizliyinin etibarlı təminatına çevrilir.

Son xəbərlər