"Napoleon" filmi Fransada bəyənilmədi - "Bonapartı dəcəl uşaq kimi təsvir ediblər" - FOTO

Napoleon filmi Fransada bəyənilmədi - Bonapartı dəcəl uşaq kimi təsvir ediblər - FOTO
Siyasət 6

Fransa imperatoru Napoleon Bonapart haqqında çəkilən "Napoleon" filmi Fransada tənqidlərə məruz qalaraq bəyənilməyib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, imperatorun hakimiyyət illəri, o cümlədən həyat yoldaşı Jozefina ilə sevgi macərasından bəhs edən fimin premyerası bu həftə Parisdə baş tutub.

Rejissor Ridli Skotun uzun müddətdir gözlənilən ekran əsərinin baş rolunda Hoakin Feniks çəkilib. Film Böyük Britaniya, Malta, Fransa və İranda lentə alınıb.

Böyük Britaniya və Amerikadakı nümayişi zaman çox bəyənilən ekran işi Fransada qınanılıb.

Tarixçi Patrice Gueniffey "Bu bir Britaniya filmidir" deyə vurğulayıb. Digər bir tənqidçi isə filmdə fransalı əsgərlərin "Çox yaşa Fransa" deməsini yersiz hesab edib.

"Le Figaro" qəzetində filmin adının "Barbire və Kenn impertorluq dövründə" adlandırılmalı olduğu qeyd edilib.

Tənqidçilər filmdə Napoleon Bonapartın əlində silah olan və ağlamağa hazırlaşan bir vəhşi kimi təqdim edildiyini deyib.

Napoleonun nə etdiyini bilməyən dəcəl uşaq kimi təqdim edildiyi də vurğulanıb.

Son xəbərlər