Fərid Şəfiyev: Türkdilli Dövlətlərin Zirvə Görüşü siyasi leksikona daxil olub - VİDEO

Fərid Şəfiyev: Türkdilli Dövlətlərin Zirvə Görüşü siyasi leksikona daxil olub - VİDEO
Video
Siyasət 340
Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, oktyabr ayının 14-15-də keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Azərbaycan üçün əhəmiyyətli mövzuya həsr olunub.Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Oxu.Az-a açıqlamasında deyib ki, bu il Naxçıvan sazişinin 10 illiyi qeyd olunur.“Bu 10 ildə Türk Şurası institutlaşma prosesində böyük addımlar atıb. Türk Şurası, Türkdilli Dövlətlərin Zirvə Görüşü siyasi leksikona daxil olub”, - deyə F.Şəfiyev əlavə edib.O bildirib ki, Türk Şurasında institutlaşma prosesi davam edir:“Türk Şurasının Parlament Assambleyası, Türk Akademiyası və sair. Hesab edirəm ki, Zirvə Görüşündə bu qurumun institutlaşma perspektivləri müzakirə olunacaq”.Bildirək ki, Zirvə Görüşündə Türk Şurasına üzv ölkələr arasında ayrı-ayrı sahələri əhatə edən əməkdaşlıq, həyata keçirilən layihələr, eləcə də, üzv ölkələr tərəfindən təsis olunan yeni qurumların funksiyaları müzakirə ediləcək.

Son xəbərlər