TÜRKPA-nın Baş katibi: Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir

TÜRKPA-nın Baş katibi: Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir
Siyasət 569
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov Bakıda Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.O bildirib ki, Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Ölkədə qadınlarla bağlı əməli addımlar atılır.“Türkdilli xalqlar qadınlara əvəzolunmaz varlıq kimi yanaşırlar. TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər”, - deyən A.Mamayusupovun sözlərinə görə, üzv ölkələrdə gender bərabərsizliyi ilə bağlı normativ-hüquqi baza yaradılıb.“Hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalırlar. Bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır”, - deyə o əlavə edib.

Son xəbərlər