Azərbaycanda aclıq problemi yoxdur – RƏSMİ
25
sen
2018
12:15
“Bu gün Azərbaycanda heç bir aclıq problemi yoxdur”.BAKU.WS modern.az-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bu gün “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.O qeyd edib ki, bu problemin yaranmaması və yaşanmaması üçün ölkədə bir sıra mühüm tədbirlər görülüb, ərzaq təhlükəsizliyinin təmin edilməsi yönündə dövlət proqramları təsdiq olunub.Nazir müavini vurğulayıb ki, Azərbaycanda aparılan uğurlu işlərin nəticəsidir ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 5-dən aşağıya endirilib.S.Həsənova əlavə edib ki, Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatılması istiqamətində böyük işlər görülür.“Yaxın zamanlarda bu istiqamətdə bir çox beynəlxalq qurumların iştirakı ilə Azərbaycanda geniş beynəlxalq forum keçiriləcək”.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan xaricə aviareyslərin sayını artıracaq
"Prezident İlham Əliyevin siyasəti sayəsində bu gün ölkədə nəqliyyat sektoru dinamik inkişaf edir".APA-nın xəbərinə görə, bunu rabitə, nəqliyyat və yüksək texno...