Azərbaycan yoxsulluq səviyyəsi aşağı olan 29 ölkədən biridir
06
fev
2018
11:56
"Azərbaycan dünyada yoxsulluq səviyyəsinin 5 faizdən aşağı olduğu 29 ölkədən biridir".BAKU.WS AzVision.az-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. Onun sözlərinə görə, son 10 ildə Azərbaycanda ÜDM dəfələrlə artıb."Azərbaycan 2015-cı ildə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında 192 ölkə ilə birgə yeni qlobal dayanaqlı inkişaf məqsədlərinə dair qəbul olunmuş qərara qoşulub. Prezident tərəfindən yürüdülən düzgün iqtisadi inkişaf siyasəti sahəsində Azərbaycan BMT-nin minilliyin inkişaf məqsədi proqramında yoxsulluq səviyyəsinin aşağı salınması üzrə lider ölkədir. Biz bu təşəbbüsə qoşulanda Azərbaycan əhalisinin yarısı yoxsulluq səviyyəsində idi. 2015-ci ilə qədər bu göstəricini 10 dəfəyə qədər aşağı sala bildik. Azərbaycanda yoxsulluğun göstəricisi 4,9 faizə düşüb. Hazırda Azərbaycan dünyada yoxsulluq səviyyəsinin 5 faizdən aşağı olduğu 29 ölkədən biridir", -deyə S.Həsənova vurğulayıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda bir ildə rekord sayda iş yerləri yaradılıb - VİDEO
Təkcə 2017-ci ildə ölkədə 221 min yeni iş yeri açılıb. Bunun 177 mini daimi iş yerləridir. Yeni iş yerlərinin yaradılması bu il də davam etdiriləcək.Ötən il Azə...