Azərbaycanda bir ildə rekord sayda iş yerləri yaradılıb - VİDEO
15
yan
2018
08:37
Təkcə 2017-ci ildə ölkədə 221 min yeni iş yeri açılıb. Bunun 177 mini daimi iş yerləridir. Yeni iş yerlərinin yaradılması bu il də davam etdiriləcək.Ötən il Azərbaycanda rekord sayda iş yerləri yaradılıb. Yeni yaradılan iş yerlərinin böyük bir hissəsi daimidir. İqtisadiyyat Nazirliyinin şöbə müdiri Cəmaləddin Quliyevin sözlərinə görə, düzgün iqtisadi islahatların aparılması, xüsusilə də sənaye parklarının yaradılması, investisya təşviqi sənədlərinin verilməsi iş yerlərinin sayının artmasının başlıca səbəbləridir. İşsizliyin aşağı səviyyədə saxlanılması və yoxsulluğun aradan qaldırılması üçün yeni iş yerlərinin yaradılması bu il də davam edəcək. Bu ilin əsas hədəfi kənd təsərrüfatı sahəsində iş yerlərinin yaradılmasıdır. Şöbə müdiri əlavə edib ki, 2018-2030-cu illəri əhatə edən məşğulluq stategiyası da hazırlanıb. Strategiyanın əsas hədəfi yeni iş yerlərinin yaradılması, məşğulluğun artırılması və aztəminatlı ailələrin iş yerlərinə çıxışının təmin edilməsidir. Görüləcək bu kompleks tədbirlər çərçivəsində ölkədə məşğulluq artırılacaq, yoxsulluq isə minimuma endiriləcək.. Qeyd edək ki, ötən ilin yekunlarına görə, Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində olub. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan xaricə işçi qüvvəsi göndərə bilər
Azərbaycan xarici ölkələrə işçi qüvvəsinin ixracına başlaya bilər.Bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.Nazir qeyd ed...