Prezidentdən əhaliyə şad xəbər: yeni iş yerləri açılacaq, maaşlar artacaq (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
"Böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yeri açılıb. Ötən il sosial məsələlərin həlli yenə diqqət mərkəzində olub. Maaşlar 7, pensiyalar 8% artıb və yenə də artmalıdır".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Dövlət başçısı deyib ki, kommunal xidmətlərin differisionallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb: "Biz bu çətin, böhranlı şəraitdən şərəfli çıxa bildik və artıq görülmüş işlər, bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyatımız dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin ediləcək. Əminəm ki, dediyimi bütün hədəflərə çatacağıq".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Prezident nazirləri topladı: vacib iclas başladı
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qa...