Nazir: “Son 13 ildə Azərbaycanda 1,6 milyon nəfər işlə təmin edilib”

Nazir: “Son 13 ildə Azərbaycanda 1,6 milyon nəfər işlə təmin edilib”
Sosial 2305

 

"Azərbaycanın 2004-cü ildə Avropa Sosial Xartiyaya qoşulmasından sonra 1,6 milyon insan iş yeri ilə təmin edilib”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf və Avropa Şurasının Avropa Sosial Xartiyası Departamentinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən "Avropa Sosial Xartiyası prizmasında Azərbaycanda sosial-iqtisadi hüquqların möhkəmləndirilməsi” adlı milli parlament seminarında deyib. 

O bildirib ki, ölkədə işsizlik 5 faizə endirilib: "Ölkə prezidentinin dediyi kimi, sosial sahə ölkənin prioritet sahəsidir və bu sahənin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanda son illər güclü sosial təminat sistemi formalaşıb, islahatlar aparılıb, müasir tələblərə uyğunlaşdırılmış istiqamətdə addımlar atılıb. Azərbaycan bu sahədə beynəlxalq  tələb və standartlara cavab verir. Hər kəsin əmək və sosial hüquqları ölkənin Konstitusiyasında əksini tapıb. Azərbaycan prezidenti ötən 13 ildə bu sahədə 81 fərman və sərəncam imzalayıb. Sosial müdafiə sahəsində hər ay 2 milyon 330 min vətəndaşa 316 milyondan çox vəsait ödənilir”.

BAKU.WS

Son xəbərlər