Ərdoğan Azərbaycana səfər edəcək
16
avq
2019
15:45
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 oktyabr 2019-cu ildə Azərbaycana səfər edəcək.BAKU.WS “Sabah”a istinadən xəbər verir ki, Ərdoğan Türk Şurasının 7-ci Zirvəsində iştirak məqsədilə Bakıya gələcək.Həmin gün Türk Şurasının təsis olunmasının 10 illiyi qeyd olunacaq. Xatırladaq ki, Azərbaycan, Türkiyə, Qaazaxıstan və Qırğızıstanın üzv, Macarıstanın müşahidəçi olduğu Şura 3 oktyabr 2009-cu ildə Naxçıvan Müqaviləsi ilə yaradılıb.Məlumata görə, Zirvədə liderlər arasında ikitərəfləri görüşlərin keçirilməsi də nəzərdə tutulub.Fərid ƏDALƏT
Oxşar xəbərlər
Türkiyə prezidentinin Azərbaycana səfərinin vaxtı dəqiqləşdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 3-də Azərbaycana səfər edəcək.BAKU.WS xəbər verir ki, bu barədə özəl olaraq "trend"ə Türkiyə hökumətindəki mən...