Fərid Əhmədov: Son 4 il ərzində ekspertizaya daxil olan işlərin sayında 45% artım var
Ekspertiza sahəsində icraata daxil olan işlərin sayında kəskin artım müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bunu "Report" və İTV-yə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.
Nazir bildirib ki, son 4 il ərzində icraata daxil olan işlərin sayında 45 %-ə yaxın artım müşahidə olunub:
"Bu da dövlətin bu sahədə yükünü kəskin şəkildə artırmaqla nəticələnib. İcraata daxil olan işlərin sayındakı artım həm ekspert rəylərinin keyfiyyətinə, həm də vaxtında təqdim olunmasına təsir göstərə bilir.
Bu sahədə iş yükünü optimallaşdırmaq məqsədilə özəl ekspertiza institutunun və özəl ekspertlərin fəaliyyətə başlaması ilə bağlı şəhadətləndirmə prosesinə start vermişik.
Hazırda bu proses davam etməkdədir. Onlar təlim prosesini bitirdikdən sonra seçim prosesindən keçib özəl ekspert kimi fəaliyyətə başlaya biləcəklər".
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.
Oxşar xəbərlər
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası...