“Facebook” qərarını dəyişdi - “WhatsApp”da reklamlar göstəriləcək
“WhatsApp” mesajlaşma platformasının sahibi olan “Facebook” şirkəti istifadəçilərə reklamlar göstərilməyəcəyi ilə bağlı verdiyi qərarını dəyişib.
BAKU.WS technote-yə istinadən xəbər verir ki, 1.5 milyard istifadəçiyə malik platformanın “hekayələr” hissəsində bundan sonra reklamlar göstəriləcək.
Bu məlumat istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Buna əsas səbəb isə əgər reklam verilirsə, deməli istifadəçi məlumatları da toplanılmağa başlayacağı ilə bağlı narahatlıqdır.
Məlumata görə, reklamlar istifadəçilərin maraq dairələrinə əsasən seçilir və bunu etmək üçün də o istifadəçinin məlumatlarının toplanılması şərtdir.
Qeyd edək ki, reklamların göstərilməsinə nə vaxt başlanılacağı hələlik məlum deyil, lakin artıq istifadəçilərin “WhatsApp”ın alternativi tətbiqlərə üz tutmağa başladıqları bildirilir.
Qalereya
Oxşar xəbərlər
"Facebook" barədə heç yerdə danışılmayan HƏQİQƏTLƏR
"Facebook" sosial şəbəkəsi dünyada insanların gündəlik həyatlarının tərkib hissəsinə çevrilib. Peşəsindən, siyasi və dini baxışlarından, milliyəti və ölkəsindən...