"Facebook" barədə heç yerdə danışılmayan HƏQİQƏTLƏR
"Facebook" sosial şəbəkəsi dünyada insanların gündəlik həyatlarının tərkib hissəsinə çevrilib. Peşəsindən, siyasi və dini baxışlarından, milliyəti və ölkəsindən asılı olmayaraq insanlar sosial şəbəkədən aktiv istifadə edirlər.
BAKU.WS xəbər verir ki, "Facebook" şəbəkəsindan istifadə edən insanlar sosial platforma barəsində bir çox həqiqətlərdən xəbərsizdir. Zaman-zaman dünya mediasında işıqlandırılan və bir çoxları üçün məlum olmayan həqiqətləri sizlərə təqdim edirik.
•"Facebook" populyarlığını itirmiş kimi görünsə də, hazırda dünyanın ən çox istifadə olunan sosial media platformalarından biridir.
•Milyonlarla insanın məlumatlarını icazəsiz istifadə etməsi üzə çıxan və barəsində bir neçə ölkədə istintaq başladılan "Facebook"un xidmətlərindən ən azı 2.8 milyard insan istifadə edir.
•Kiber təhlükəsizlik üzrə mütəxəssis Bob Diachenkonun Comparitech ilə apardığı araşdırma, 267 milyondan çox "Facebook" istifadəçisinin məlumatlarının təhlükədə olduğunu ortaya qoyub.
•Facebook, saytdan çıxış etdikdən sonra belə, girdiyiniz digər saytları izləyə bilir.
•Sosial şəbəkənin qurucusu olan Mark Zukerberqi "block" etmək və profilini şikayət etmək mümkün deyil.
•Hazırdanın dünyanın 10-a yaxın ölkəsində "Facebook"dan istifadə qadağandır və ya sosial şəbəkə ilə bağlı məhdudiyyətlər mövcuddur.
•"Facebook"un 400 milyondan çox aktiv istifadəçisi var. Hər gün 35 milyon istifadəçi statuslarını yeniləyir.
•Hər ay "Facebook"a 2,5 milyarddan çox şəkil yüklənir.
•Orta "Facebook" istifadəçisinin 130 dostu var və ayda səkkiz dostluq sorğusu göndərir.
•"Facebook" bir ölkə olsaydı, Çin və Hindistandan sonra dünyada ən çox əhalisi olan üçüncü ölkə olardı.
•"Facebook" istifadəçilərindən birinin paylaşdığı statuş böyrək bağışlamasına səbəb olub.
Oxşar xəbərlər
Ermənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq - Azərbaycanlı ola bilər...
“Ordumuz barədə yazışmayın, istifadəçi özünü erməni kimi təqdim edən azərbaycanlı ola bilər”. "RusArminfo" xəbər verir ki, bu xəbərdarlıq Ermənistanın Milli Təh...