Facebook haqqında ŞOK İDDİA: Mark Zukerbergin tələbə yoldaşı onu ifşa etdi
26
yan
2019
12:47
"Facebook"un saxta hesablar problemini yanlış dəyərləndirdiyi və istifadəçilərinin 50%-nin gerçək olmadığı iddia edilir. BAKU.WS xəbər verir ki, iddianın sahibi isə "Facebook"un qurucusu Mark Zukerbergin Harvard Üniversitetindən tələbə yoldaşı Aaron Qrenspandır (Aaron Greenspan).Müstəqil araşdırmaçılardan ibarət "PlainSite" adlı bir qrup 70 səhifəlik parort yayımlayaraq "Facebook´un qurucusuMark Zukerbergin şirkətin yatırımçılarını aldatdığını bildirib.Aaron Qrenspanın liderlik etdiyi qrupun raportunda bildirilir ki, “Facebook" saxta hesablar problemi haqqında yatırımçılara əvvəldən bəri yalan söyləyir və bu səbəbdən də "Facebook" bir çox statistik rəqəmləri açıqlamağı dayandırıb. Çünki bu statistikalar bir-birlərinə zid gəlir və hətta uydurmadır.Qrupun açıqlamasında, "şirkət öz yaratdığına nəzarəti itirdi" ifadəsi işlədilir.Araşdırmaya görə gerçekmiş kimi hərəkət edən avtomatik saxta hesablar "Facebook"a reklam verənlərin boşuna pul xərcləməsinəsəbəb olur.Bu avtomatik saxta hesablardan eyni zamanda yalan xəbər kampanyaları təşkil etmək və ya seçkilər kimi önəmli hadisələrdə istifadəçiləri yönləndirmək üçün istifadə edilir.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
"WhatsApp", "Instagram" və "Facebook Messenger"i birləşdirilir
"Facebook" şirkətinin rəhbəri Mark Zukerberq şirkətə məxsus "Facebook Messenger", "WhatsApp" və "Instagram" sosial şəbəkələrini birləşdirməyi planlaşdırır.BAKU....