"Euronews" Azərbaycanda keçirilən parlament seçkilərinə videoreportaj həsr edib

"Euronews" telekanalı Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinə süjet həsr edib.
BAKU.WS xəbər verir ki, "Report"un məlumatına görə, reportajda qeyd olunur ki, bu, ötən il Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra ölkədə keçirilən ilk parlament seçkiləridir.
Telekanal qeyd edib ki, seçkilərdə 25 siyasi partiya iştirak edir və seçilmiş deputatlar növbəti 5 il ərzində ölkədə qanunvericilik hakimiyyətini həyata keçirəcəklər. Parlamentdəki 125 yer uğrunda 990 namizəd mübarizə aparır.
Altıncı çağırış parlamentdə hakim partiya 125 yerdən 69-nu qazanmışdı və telekanal öz reportajında hesab edir ki, hazırkı səsvermənin nəticələrinə əsasən Milli Məclisdə də çoxluğu qoruyub saxlayacaq.
Oxşar xəbərlər
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. BAKU.WS nazirliyə istinadən icmalı təqdim edir: