Nazirlik ermənilərin yaydığı videodan danışdı (VİDEO)

Nazirlik ermənilərin yaydığı videodan danışdı  (VİDEO)
Video
Siyasət 3875

 

Aprelin 2-dən bəri şiddətlənmiş müharibəyə dair görüntülər internet resurslarında tirajlanmaqda davam edir. Azərbaycan tərəfi ermənilərin artillerya atəşinin şiddətini və nəticələrini lentə alıb göstərir, ermənilər də Azərbaycan artilleriyaçılarının "fəaliyyətini işıqlandırır".

Musavat.com-un məlumatına görə, görüntülərdən gəlinən nəticə budur ki, topçularımızın açdığı atəş heç də dağı-daşı vurmur, konkret hədəfləri vurur, ən əsası düşməni qorxudur, təzyiq altında saxlayır, onlara torpaq işğal edərək əldə saxlamağın asan iş olmadığını başa salır. 

Buyurub ermənilərin çəkib yaydığı müharibə görüntülərinə baxa bilərsiniz. Orada igid və sərrast artilleriyaçılarımızın "əl işləri"ni də görəcəksiniz.

Müdafiə Nazirliyinin mətbuat  xidmətindən isə APA-ya deyiblər ki, ermənilərin yaydığı videogörüntü xüsusi effektlərlə hazırlanıb. Məlumatda qeyd olunub ki, video çox diletantcasına hazırlanıb: "Dərin analiz etmədən belə qurama olduğu görünür. Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ancaq qarşı tərəfin təxribatlarına cavab olaraq düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir. Ermənilərin yaydığı şəkillər və videolar saxtadır, dezinformasiya xarakteri daşıyır”.

BAKU.WS

Son xəbərlər