Şeyxülislam ermənilərə çağırış etdi: "Başa düşməlidirlər ki, onlar uduzublar"
"Ermənilər öz ədalətsiz, haqsız iddialarından əl çəkməlidirlər. Başa düşməlidirlər ki, onlar uduzublar”.
"Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ermənilər təkcə Azərbaycana deyil, dünya ictimaiyyətinə uduzublar: "Onlar başqa dinləri və dilləri saymırlar. Özgəyə məxsus torpaqları zəbt edirlər. Ermənilər hər yerə hər cür vasitəyə əl atan bir millətdir. Ermənistan gec-tez Azərbaycan torpaqlarından çıxmalıdır. Mən Azərbaycanın gələcəyinə inanıram. Ermənilərin atdığı addımlar isə qəbuledilməzdir. Onlar özlərini də məhv edirlər. Ermənilərin dini liderlərinə bir daha mesaj göndərirəm, insanları başa salsınlar ki, işğal olunmuş Azərbaycan torpaqlarından çıxsınlar ki, onların analarının gözləri yaşlı qalmasın”.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı general: "Metsamoru darmadağın edərik"
"Azərbaycan ordusu dördgünlük müharibə zamanı ermənilərə və onların havadarlarına göstərdi ki, ordumuz yüksək səviyyədə təşkil olunub, istənilən an işğaldan aza...