Şeyxdən sərt BƏYANAT: “Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq”

Şeyxdən sərt BƏYANAT: “Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq”
Siyasət 816

"Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq".

BAKU.WS xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də şəhidlərimizin xatirəsinə hərs olunan tədbirdə deyib.

A.Paşazadə deyib ki, son hadisələr göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə hazırdır: "Biz çətin dövrlərdən çox keçmişik. Bu gün insanlarda bir Vətən ruhu, sevgisi var. Azərbaycan həm daxildən, həm də xaricdən tam dəstəklənir. Bu dövlətin apardığı siyasətin nəticəsidir. Biz inanırıq ki, torpaqlarımız işğaldan azad olunacaq. Bütün dünya bilir ki, bu torpaqlar Azərbaycanın torpaqlarıdır. Əgər Ali Baş Komandan əmr etsə, Azərbaycan məsələni hərbi yolla həll etməyə qadirdir. Biz şəhidlərimizi heç vaxt yaddan çıxartmamalıyıq. İnanıram ki, qələbə bizimdir və biz bunu qazanacağıq".

BAKU.WS

Son xəbərlər