Zakir Həsənov: "Şəhidlərin qanı yerdə qalmayacaq" (FOTO)

Zakir Həsənov: Şəhidlərin qanı yerdə qalmayacaq (FOTO)
Sosial 1500

Müdafiə naziri Zakir Həsənov və baş qərargah rəisi Nəcməddin Sadıqov Azərbaycanın şəhid olmuş pilotları ilə vida mərasimində iştirak edir. 

BAKU.WS-in məlumatına görə, Azərbaycanın Qarabağda erməni təxribatına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı şəhid olan Mİ-24 helikopterinin pilotları - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevlə vida mərasimi keçirilir.

Madafiə naziri bildirib ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Torpaqlarımız tezliklə işğaldan azad ediləcək

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində təşkil olunan mərasimə çox sayda insan qatılıb.

Qeyd edək ki, Mİ-24 helikopterinin şəhid olan pilotları II Fəxri Xiyabanda dəfn ediləcəklər.

BAKU.WS

Oxşar xəbərlər

Şəhid pilotlarımız dəfn edildi (YENİLƏNİB, FOTO)

Şəhid pilotlarımız dəfn edildi (YENİLƏNİB, FOTO)

Azərbaycanın şəhid olmuş pilotları dəfn edilib. BAKU.WS-in məlumatına görə, Azərbaycanın Qarabağda erməni təxribatına qarşı keçirdiyi hərbi əməliyyatlar zama...

3127 Sosial 14:05 11 aprel 2016

Son xəbərlər