Müdafiə Nazirliyi: "Ermənilərin yaydığı telefon danışıqları yalandır, itkimiz yoxdu"
Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yaydığı telefon danışıqlarını özündə əks etdirən audio yazıya münasibət bildirib.
Müdafiə Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumatda bildirilib ki, ermənilərin yaydığı guya bizim itki verməyimizlə bağlı telefon danışıqlarından ibarət səs yazısı saxtadır: "Onlar həmin saxta səs yazılarını artıq neçənci dəfədir dövriyyəyə buraxırlar.
Bu səs yazıları Ermənistanın hərbi kriminal rəhbərliyinin xəstə təxəyyülünün məhsuludur. Azərbaycan tərəfi heç bir itki verməyib və bu barədə düşmən tərəfinin yaydığı məlumatlar kökündən yalandır.
Hazırda təmas xəttində vəziyyət stabildir və Azərbaycan Ordusu əməliyyat şəraitinə tam nəzarət edir”.
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər Ağdərə hücumundan sonrakı itkilərini açıqladı
Aprelin 24-də gecə saatlarında təmas xəttində təxribata əl atan Ermənistan tərəfi itkilərini açıqlamağa başlayıb. BAKU.WS-in məlumatına görə, bu gecə cəbhə...