Erməni girovluğunda saxlanılan Elnur Hüseynzadədən XƏBƏR VAR

Erməni girovluğunda saxlanılan Elnur Hüseynzadədən XƏBƏR VAR
Siyasət 2802

Ermənistan hərbçiləri tərəfindən girov götürülən Elnur Hüseynzadə ailəsinə məktub göndərib.

BAKU.WS xəbər verir ki, bu barədə azvision-a girovun atası Elman Hüseynov məlumat verib. O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları E.Hüseynzadəyə baş çəkiblər.

"Məktub çox qısadır. "Salam" və "sağ olun" sözləri yazılıb. Həmçinin oğlum vəziyyəti ilə bağlı yalnız bir söz yazıb: "Salamatam". Elnura görə çox narahatam. O, bizim yeganə övladımızdır".

Xatırladaq ki, Hüseynzadə Elnur Elman oğlu fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən, Tərtər rayonu, Talış kəndi istiqamətində girov götürülüb.

BAKU.WS

Oxşar xəbərlər

Ermənilərin girov götürdüyü Elnurdan XƏBƏR VAR

Ermənilərin girov götürdüyü Elnurdan XƏBƏR VAR

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilərin əlində olan, işğal edilmiş Qarabağ ərazisində saxlanılan azərbaycanlı Elnur Hüseynzadəyə baş...

5428 Siyasət 12:52 16 fevral 2017

Son xəbərlər