Ermənilərin girov götürdüyü Elnurdan XƏBƏR VAR
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilərin əlində olan, işğal edilmiş Qarabağ ərazisində saxlanılan azərbaycanlı Elnur Hüseynzadəyə baş çəkib.
BAKU.WS xəbər verir ki, bu barədə istipress-ə BQXK-nin Bakı ofisinin nümayəndəsi İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, görüş standart prosedurlar çərçivəsində keçib. Görüş fevralın 14-də baş tutub.
Adıçəkilən şəxs fevral ayının 1-də qarşı tərəfin əlinə keçib. Erməni tərəfi onun kəşfiyyatçı olduğunu iddia edir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni tərəfi guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin fevralın 1-də cəbhə xəttində təxribat törətməsi və hərbi qulluqçu Elnur Hüseynzadənin əsir düşməsi barədə yaydığı yalan məlumatdan şou düzəltmək niyyətindədir.
"Böyük ehtimalla ermənilər Elnur Hüseynzadənin hərbçi olduğunu nümayiş etdirmək üçün onun əsir düşdüyü zaman guya hərbi geyimdə, hətta silahlı olmasını belə əks etdirən foto və video materialların yayılmasını təşkil edə bilər. Onu da qeyd edək ki, hərbi geyim formasını müxtəlif xüsusiləşdirilmiş ticarət obyektlərindən də əldə etmək mümkündür”.
Məlumatda qeyd edilir ki, E.Hüseynzadə bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.
Qondarma "Dağlıq Qarabağ Respublikası”nın (DQR) "məhkəmə”si Elnur Hüseynzadə barədə iki ay "həbs qərarı” verib.
BAKU.WS
Oxşar xəbərlər
Ermənilərə əsir düşdüyü iddia edilən gəncin şəkilləri yayılıb – FOTO
Ailə üzvləri Elnur Hüseynzadənin sonuncu dəfə ötən ayın sonunda evlərinə gəldiyini deyib. Ermənistan ordusunun əsir götürdüyü iddia edilən Elnur Hüseynzadə Bər...