Qırmızı Xaç özünə azərbaycanlı deyən erməniyə baş çəkib
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Azərbaycanda həbsdə olan hərbi əsir Arsen Baqdasaryana baş çəkib. Bu barədə ANS PRESS-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları aprelin 22-də Azərbaycanda əsirlikdə olan Arsen Baqdasaryana baş çəkib. Ondan ailəsinə, ailəsindən ona məlumat çatdırıb".
A.Baqdasaryan 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olub. O, digərləri ilə birlikdə (onların adları və soyadları istintaqa bəllidir) 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd "fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub.
O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun yaydığı məlumata görə, 2014-cü ilin dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq-mühafizə orqanlarına təhvil verilib.
Ötən ilin iyununda Gəncə şəhərində apellyasiya məhkəməsi keçirilən Arsen Baqdasaryan məhkəmədə hakimdən aman diləyib. Baqdasaryan Azərbaycan vətəndaşı olduğunu, əməlindən peşman olduğunu deyib.
"Mən Qarabağda doğulmuşam. Azərbaycan vətəndaşıyam. Etdiyim cinayətdən çox peşmanam. Sizdən mərhəmət gözləyirəm. Azərbaycan vətəndaşı olduğuma görə istəyirəm ki, humanistlik edib cəzamı azaldasınız”.
BAKU.WS
Oxşar xəbərlər
Ermənistan azərbaycanlı şəhidin meyitini geri qaytarmaqdan imtina etdi
Ermənistan tərəfi beynəlxalq vasitəçilərin təşəbbüsünü rədd edərək Azərbaycan hərbi qulluqçusunun meyitini geri qaytarmaqdan imtina edib. Bunu Əsir və itkin düş...