Ermənistanı uçuruma aparan daha bir ölkə: Yunanlar Nikolu necə şirnikləndirdi?
Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda Yunanıstanın Ermənistanı silahlandırmasından bəhs edilib.
Bildirilib ki, 44 günlük müharibə və 1 günlük antiterror əməliyyatlarında arsenalının böyük bir hissəsi darmadağın edilmiş Ermənistan ordusunun yeni silahlar almaq üçün xüsusilə son zamanlar göstərdiyi canfəşanlıq hər kəsə məlumdur. İrəvanın bu istiqamətdəki fəaliyyətinə həvəslə dəstək verən Fransa və Hindistandan sonra Ermənistanın silahlanmasına daha bir "töhfə" də Yunanıstandan gəlib.
Ölkənin "Enikos" portalının yaydığı xəbərdə Afinanın öz arsenalından İrəvan üçün ayırdığı "silah sovqatı"nın tərkibi də açıqlanıb - Rusiya istehsallı "S-300" zenit-raket kompleksi, "ТOR М-1" və "ОSА-АК" kompleksləri. Ümumilikdə Yunanıstanın Ermənistana dəstəyində qəribə heç nə yoxdur.
Təkcə son dövrlər ərzində bu ölkənin hərbi məktəblərində təhsil alan erməni kursantlarının sayının iki dəfə, o cümlədən burada yetişdirilən erməni xüsusi təyinatlılarının da sayının xeyli artması məlum faktlardır. Yunanıstanın Petroxori və Ksanti poliqonunda keçirilən son "Olimpiya əməkdaşlığı 24" təlimində Ermənistan hərbçilərinin yunan tankları və Fransa zirehli texnikasından istifadə etməklə apardıqları döyüş atışı təlimləri də yunanların Ermənistan ordusunun gücləndirilməsinə nə qədər həvəsli olduğunu göstərir.
Doğrudur, əzəli düşməni olan Türkiyə və onun təbii müttəfiqi Azərbaycana qarşı erməni ordusunu gücləndirmək niyyəti güdən Afina bunu təkbaşına yox, Ermənistanın böyük bacısı - Emmanuel Makron hökumətinin diktəsi və yardımı ilə edir. Amma Afinanın bu məsələdə özəl marağı da diqqətdən yayınmır. Bütün bunların fonunda Yunanıstanın Ermənistana son silah sovqatı sürpriz effektindən xeyli uzaqdır. Hərçənd, məsələ bir xeyli maraqlı məqamlardan da xali deyil.
Yunanların ermənilər üçün hazırladıqları "bacı sovqatı" heç də hədiyyə deyil. Rəsmi Afina verəcəyi silahların pulunu Ermənistandan qəpiyinə kimi almağı planlayıb. Nəinki pulu almağı, üstəlik, onu hara sərf edəcəyini də öncədən müəyyənləşdirib. Yayılan məlumatlara görə, İrəvanın bu silahlar üçün ödədiyi pullarla Afina öz ordusu üçün yeni hava hücumundan müdafiə sistemləri alacaq.
Üstəlik, arsenalındakı köhnəlmiş rus silahlarını ermənilərə satan Yunanıstan bunun müqabilində qazandığı pulları məhz Azərbaycan Ordusunun arsenalında olan müasir İsrail silahlarını almaq üçün sərf edəcək.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Fuat Oktay: Azərbaycanın işğaldan azad edilimiş ərazilərində möhtəşəm irəliləyişlər var
Ermənistanın o zamankı hakimiyyəti 1992-ci ildə Xocalıda törətdikləri qətliamı dünyaya tam tərsinə çatdırmağa cəhd edirdilər. BAKU.WS xəbər verir ki, bunu "Repo...