Ermənistan və Kanada XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan kanadalı həmkarı Anita Anand ilə telefon danışığı aparıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, tərəflər ABŞ, İsrail və İran arasındakı hərbi əməliyyatlar fonunda Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər.
Hər iki tərəf böhranlı şəraitdə sıx qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.
Mirzoyan mövcud vəziyyətin danışıqlar və sülh yolu ilə həllinə nail olunmasının əhəmiyyətini qeyd edib. O həmçinin İrəvanın zərurət yaranacağı təqdirdə, Kanada vətəndaşlarının Ermənistan ərazisindən təxliyəsinə kömək etməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoça...