Erməni parlamenti aprel döyüşlərində ağır məğlubiyyətin səbəblərini araşdırır

Erməni parlamenti aprel döyüşlərində ağır məğlubiyyətin səbəblərini araşdırır
Siyasət 480
Ermənistanda aprel döyüşlərində ermənilərin ağır məğlubiyyətə uğramasının səbəblərini təhqiq edən parlament komissiyası 2016-cı ilin aprelində həmin hərbi əməliyyatların iştirakçısı olmuş zabit və əsgərləri qanunverici orqana dəvət edib.BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistanın “Qraparak” qəzeti yayıb.Qəzetin məlumatına görə, ilk növbədə, parlamentə həmin vaxt cəbhə xəttində olmuş erməni hərbçilər dəvət olunacaq və onlar erməni ordusunun bu qədər ağır itkilər verməsinin səbəbləri ilə bağlı mülahizələrini bildirəcəklər.Qeyd olunub ki, artıq bu məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin əməliyyat idarəsi rəisinin hazırda vəzifələrində qalan müavinləri parlament komissiyasında ifadə veriblər. Bundan başqa, parlament komissiyası aprel döyüşlərində məğlubiyyətlə əlaqədar qapalı iclas da keçirilib. Bildirilir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da ifadə verəcək.Qeyd edək ki, Ermənistanın əvvəlki iqtidarının hakimiyyətdən getməsinə əsas səbəb olan və erməni ordusunun döyüş qabiliyyətinin zəif olmasını sübut edən aprel döyüşləri erməni cəmiyyətində ciddi narazılıq doğurub. Hazırkı baş nazir Nikol Paşinyan isə həmin məğlubiyyətdən istifadə edərək öz bədxahlarından qisas almaq fikrindədir.

Son xəbərlər