Seyran Ohanyan həmin 800 hektardan danışdı: “Ola bilsin danışıqlar predmeti olacaq”

Seyran Ohanyan həmin 800 hektardan danışdı: “Ola bilsin danışıqlar predmeti olacaq”
Siyasət 1741

 

Ermənistan ordusunun aprel döyüşləri zamanı itirdiyi 800 hektar ərazi ola bilsin danışıqlar predmetinə çevriləcək.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Seyran Ohanyan jurnalistlərə bildirib.

"Döyüş əməliyyatları zamanı qoşunların geri çəkilməsi, yeni mövqelər tutması olur. Sirr deyil ki, müəyyən geri çəkilmə olub. Həmin ərazilərə gəldikdə isə onlar Dağlıq Qarabağın sərhədləri daxilində təsbit olunub və hesab edirəm ki, danışıqlar predmeti olacaq”-Ohanyan deyib.

Müdafiə naziri hakim partiyanın parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryanın bəyanatını şərh edərkən bildirib ki, "həmin ərazilər unudulmayacaq, necə ki, bizim qalan tarixi ərazilərimiz unudulmur”.

Xatırladaq ki, erməni qüvvələrinin aprel döyüşlərində 800 hektar ərazi itirdiyini prezident Serj Sərkisyan jurnalistlərə açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə onun sözlərinə düzəliş verərək aprel döyüşlərində 800 yox, 2000 hektar ərazi azad olunduğunu bəyan edib. Sərkisyanın açıqlaması Ermənistanda qızğın müzakirələrə səbəb olub.

BAKU.WS

Son xəbərlər