Nazir müavini Moskvada Ohanyanı ifşa etdi
"Ermənistanın Müdafiə Naziri Seyran Ohanyanın Moskvada, təhlükəsizlik məsələlərinə həsr edilmiş 5-ci beynəlxalq konfransda çıxışı bu beynəlxalq tədbirin iştirakçılarının diqqətini münaqişə zonasında baş verən hadisələrə cəlb etmək məqsədilə erməni tərəfin əvvəlcədən hazırlanmış provokasiyasıdır".
BAKU.WS-in məlumatına görə, Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bu fikri Azərtac-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bir tərəfdən, erməni nazir "sülhməramlı” qiyafəsində çıxış edir, digər tərəfdən isə Ermənistan silahlı qüvvələri dalbadal üç gecədir ki, Azərbaycanın cəbhəyanı zonada yaşayan dinc əhalisini atəşə tutur.
Kərim Vəliyev qeyd edib ki, dinc sakinlərə və onların evlərinə atəş açan erməni tərəfindən fərqli olaraq Azərbaycan ordusu yalnız ermənilərin atəş nöqtələrinə preventiv cavab zərbələri endirir.
Ohanyan deyib ki, Ermənistan danışıqlar tərəfdarı olub."24 aprel tarixindən başlayaraq indiyə qədər cəbhədə atəşkəs pozulur. Amma belə vəziyyətdə danışıqların başlaması mümkün deyil”.
Rusiyanın paytaxtı Moskvada 5-ci Beynəlxalq Təhlükəsizlik konfransı keçirilir. Konfrans ötən gün başlayıb. Tədbirdə 80 ölkədən nümayəndə heyəti iştirak edir.
Azərbaycanı konfransda müdafiə nazirinin müavini Kərim Vəliyev, Ermənistanı isə müdafiə naziri Seyran Ohanyan təmsil edir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı jurnalistlərdən Ohanyanı çətinə salan Qarabağ sualı
Moskvada səfərdə olan Ermənistan müdafiə naziri Seyran Ohanyan azərbaycanlı jurnalistlərin suallarına cavab verib. BAKU.WS-in məlumatına görə, erməni nazir bu...