Aprel döyüşlərində ağır yaralanan ermənilərin qaniçən komandiri öldü (VİDEO)

Aprel döyüşlərində ağır yaralanan ermənilərin qaniçən komandiri öldü (VİDEO)
Video
Hadisə 2711

 

Erməni polkovnik Samvel Ovsepyan 9 noyabr tarixində dünyasını dəyişib.

BAKU.WS-in məlumatına görə, "Admiral" ləqəbi ilə tanınan erməni hərbçinin vəziyyəti hələ "Dördgünlük müharibə" zamanı pisləşib. 

Ermənistan KİV-i yazır ki, polkovnik guya ağ ciyər xərçəngindən vəfat edib. Ancaq onun qızğın döyüşlər zamanı ağır yaralandığı güman edilir.  

Erməni polkovnik Samvel Ovsepyan Qarabağ döyüşlərində azərbaycanlı mülki vətandaşlara qarşı vəhşilikləri ilə seçilirdi. Onun komandanlığı altında erməni yaraqlıları Kəlbəcər və Ağdam istiqamətində döyüşüb. Vəhşilikləri ilə dünyaya "səs salan" erməni polkovnik Qarabağda döyüşən erməni terrorçuların komandiri olub. Aprel döyüşlərində Ordumuzun sərt cavab tədbirləri zamanı ölümcül yaralanıb.

Nazim Babayev

BAKU.WS

Son xəbərlər