Bakıda sənədi tapılan erməni polkovnik-leytenantı kimdir?
Bakıda Ermənistan vətəndaşına aid sürücülük vəsiqəsinin tapılması məsələsi ilə bağlı müəmma deyəsən çözülüb.
BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, erməni KİV-ləri həmin sürücülük vəsiqəsinin sahibinin aprelin 2-də Qarabağda gedən döyüşlərdə öldürülən polkovnik-leytenant Aleksan Arakelyan olduğunu yazır.
Xəbər verildiyi kimi, sürücülük vəsiqəsi Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsində tapılıb. Onu tapan şəxs sənədi hüquq-mühafizə orqanlarına təhvil verib. Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, sənədlə bağlı araşdırma aparılır.
Erməni KİV-ləri isə yazır ki, aprel döyüşləri zamanı 1982-ci ildə anadan olmuş polkovnik-leytenant Aleksan Arakelyan da öldürülüb. Onun sənədlərinin və şəxsi əşyalarının fotoları internetdə yayılıb. Bunların arasında Arakelyana aid şəxsiyyət vəsiqəsi və hərbi bilet də var idi. İstisna deyil ki, Arakelyanın sənədləri arasında sürücülük vəsiqəsi də olub və sonda onu Bakı küçələrindən birində tapıblar.
Oxşar xəbərlər
Bakıda Ermənistan vətəndaşına məxsus sənəd tapıldı: DTX araşdırmaya başladı
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapılması barədə yayılan məlumatlara münasibət bildirib. Virtualaz.org DTX-nı...