Prezident fərman verdi: sürücülük vəsiqəsi cəmi 30 dəqiqəyə veriləcək

Prezident fərman verdi: sürücülük vəsiqəsi cəmi 30 dəqiqəyə veriləcək
Sosial 11405

 

Azərbaycanda kənd təsərrüfatı texnikası üçün sürücülük vəsiqələrinin verilməsi proseduru müəyyənləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə, Azərbaycan prezidenti İlham Əliyevin aprelin 18-də imzaladığı "Yol hərəkəti haqqında” dəyişikliklər edilməsi haqqında fərmanında əksini tapıb. Kənd təsərrüfatı texnikası üçün sürücülük vəsiqəsi almaq istəyən şəxs Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi, müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi, tibbi arayış və sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi təqdim etməlidir.

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Kənd Təsərrüfatı Nazirliyinə sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edəcək. 

Sənədlər tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat veriləcək. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunacaq.

Sürücülük vəsiqəsi təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən 30 dəqiqə ərzində veriləcək.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin  ərizəsi  əsasında  əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 30 dəqiqə ərzində həyata keçiriləcək. Nazirlik tərəfindən sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotu aparılacaq.

BAKU.WS

Oxşar xəbərlər

Şəxsiyyət vəsiqəsini başqasına verməyin! (VİDEO)

Şəxsiyyət vəsiqəsini başqasına verməyin! (VİDEO)

Bəzi əşyaları və ya geyim kirayə götürdükdə şəxsiyyət vəsiqəsi tələb olunur. Daha dəqiq desək, beh qoyursan və şəxsiyyət vəsiqəsini təqdim edirsən. Əşyanı qayta...

3614 Video 10:39 13 mart 2016

Son xəbərlər