"Ərəb NATO-su" dünya düzənində yeni güc mərkəzinə çevrilə biləcək?

"Təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə təhdidlərə qarşı qoymaq üçün ərəb-İslam mexanizmi yaradılmasının vaxtı çatmışdı".
Ötən həftə Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının Qətərin paytaxtı Doha şəhərində keçirilən növbədənkənar sammitində Misir Prezidenti Əbdülfəttah əs-Sisinin bu bəyanatı hərbi-siyasi dairələrdə "ərəb NATO"sunun yaradılmasına çağırış kimi dəyərləndirilib.
İsrailin HƏMAS liderlərinin Dohadakı toplanış məntəqəsini hədəfə alan məlum hücumundan sonra çağırılan növbədənkənar sammitdə ərəb ölkələrinin NATO nümunəsi üzrə Birləşmiş Silahlı Qüvvələr yaratmaq üçün etdiyi bu cəhd, əslində, heç də ilk deyil. 2015-ci ildə ərəb dövlətlərinin Şarm əş-Şeyxdə keçirilən sammitində bu təklifi ilk dəfə yenə də elə Misir lideri vermişdi. Ötən 10 il ərzində demək olar ki, heç diqqətə də alınmayan təşəbbüsün bu dəfə hansı nəticə verəcəyini hələ ki təxmin etmək mümkün deyil.
Bəs təklifin müsbət həllini tapacağı halda yaranan birlik necə bir güc olardı?
Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışında bu və digər suallara aydınlıq gətirilib.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Ermənistanın millətçilik siyasətində kilsənin rolu
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Ermənistanın millətçilik siyasətində kilsəni...
