Ərdoğan tarixi xəbəri açıqladı: 320 milyard kubmetr təbii qaz

“Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini Qara dənizdə həyata keçirdi”.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
O bildirib ki, enerji təhlükəsizliyi inkişafla yanaşı, milli müstəqilliyin də təmin edilməsində böyük önəm daşıyır:
“Aralıq dənizində oynanılan böyük oyunların arxasında da enerji dayanır. Bir damcı nefti insan qanından daha dəyərli görənlərin hökmranlığı hələ də davam etməkdədir. Rəbbim bizə başqa bir yerdə, həm də bu vaxta qədər görülməyən bir zənginlikdə qapı açdı”.
Ərdoğanın sözlərinə görə, Fatih gəmisinin 20 iyulda başlatdığı axtarışlar nəticəsində “Tuna 1” quyusunda 320 milyard kubmetr təbii qaz rezervi kəşf edilib.
Oxşar xəbərlər
Türkiyə Qara dənizdə neft axtarışlarına başladı
Türkiyə “Fatih” adlı gəmi ilə Qara dənizdə neft və qaz axtarışlarına start verib. BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin E...
