Ərdoğan Azərbaycanda qəzaya düşən Binəli Yıldırım və Şamil Ayrımı ziyarət edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda qəzaya düşən AKP-nin sədr müavini Binəli Yıldırımı və partiyanın istanbullu deputatı Şamil Ayrımı xəstəxanada ziyarət edib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Türkiyə dövlət başçısını səhiyyə naziri Fahrettin Koca da müşayiət edib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini müşayiət edən Binəli Yıldırım və Şamil Ayrımı daşıyan avtomobil dünən Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.
Yıldırım və Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib.
Daha sonra Binəli Yıldırım təcili yardım təyyarəsi ilə İstanbula gətirilib. Hazırda hər ikisi Çam və Sakura xəstəxanalarında müalicə alır.
Oxşar xəbərlər
Binəli Yıldırım və Şamil Ayrım İstanbuldadır - FOTO - YENİLƏNİB 2
Ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğ...