Türkiyədə ilk koronavirusa yoluxma faktı qeydə alındı - VİDEO

Türkiyədə ilk koronavirusa yoluxma faktı qeydə alındı - VİDEO
Video
Siyasət 627

Türkiyədə ilk koronavirusa yoluxma faktı qeydə alınıb.

BAKU.WS Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, koronavirusa yoluxan şəxs Türkiyə vətəndaşıdır və virusa Avropada yoluxub.

Fahrettin Koca xəstənin yüksək hərarət və öskürək şikayəti ilə xəstəxanaya müraciət etdiyini və koronavirusla bağlı analiz cavablarının müsbət olduğunu açıqlayıb.

Karantinə alınan xəstənin vəziyyətinin normal olduğunu deyən nazir ailə üzvlərinin də nəzarət altında saxlanıldığını söyləyib.

Son xəbərlər