Cəbrayılda qəzaya düşən türkiyəli deputatdan AÇIQLAMA
Azərbaycanda səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımla qəzaya düşən millət vəkili Şamil Ayrım açıqlama verib.
BAKU.WS xəbər verir ki, bu barədə siyasətçi öz tvitter hesabında yazıb.
“Azərbaycan səfərimizdə Partiya sədrinin müavini Binəli Yıldırımla uğursuz avtomobil qəzasına düşdük. Allaha şükürlər olsun, vəziyyətimiz yaxşıdır, xəstəxanada nəzarət altındayıq. “Keçmiş olsun” diləklərini çatdıran hər kəsə təşəkkür edirəm”, - deyə Ş.Ayrım qeyd edib.
Azerbaycan seyahatimizde Genel Başkan Yardımcımız Sn. Binali Yıldırım ile aynı araçta talihsiz bir trafik kazası geçirdik.
— ŞAMİL AYRIM 🇹🇷 (@samilayrim) October 21, 2022
Allah’a şükürler olsun durumumuz iyi,tedbir amaçlı hastanede kontrol altındayız. Geçmiş olsun dileklerini ileten herkese teşekkür ediyorum.@BY
Oxşar xəbərlər
Binəli Yıldırım və Şamil Ayrım İstanbuldadır - FOTO - YENİLƏNİB 2
Ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğ...