Əraqçi: Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı
Yeniliklərdən dərhal xəbərdar olun
İranın xarici işlər naziri Abbas Əraqçi İran və Azərbaycan prezidentləri arasındakı əlaqələri yüksək qiymətləndirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
A.Əraqçi qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə ilə telefon danışığından sonra iki ölkənin münasibətlərində yeni səhifə açılıb.
Xatırladaq ki, daha əvvəl Pezeşkian Azərbaycanın ən çətin günlərdə İrana yardım etdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə Pezeşkiana təşəkkür edərək, Azərbaycanın qardaş İran xalqının yanında olduğunu bir daha özünü göstərdiyini vurğulayıb.
Oxşar xəbərlər
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında
Ermənistan hökuməti vəd etdiyi yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, Ermənistan dövlətinin gəl...