Emi Karlon: ABŞ və Azərbaycan arasında əməkdaşlıq son bir ildə yeni mərhələyə qədəm qoyub
Son il ABŞ və Azərbaycan arasında münasibətlər üçün əlamətdar olub, Vaşinqton razılaşmaları və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə yadda qalıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bəyan edib.
Diplomat xatırladıb ki, 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. Görüş zamanı son onilliklər ərzində Cənubi Qafqazda möhkəm sülhün bərqərar olması üçün ən real perspektivləri açan sənəd paraflanıb.
"Həmin görüşdə həmçinin TRIPP - Beynəlxalq Sülh və Firavanlıq üçün Tramp Marşrutu konsepsiyası işə salındı", - deyə Karlon bildirib.
O qeyd edib ki, 2026-cı ilin fevralında ABŞ vitse-prezidenti Cey Di Vens və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar.
"Bu xartiyada üç əsas istiqamət müəyyən edilib: birincisi - enerji, ticarət və tranzit daxil olmaqla regional əlaqəlilik; ikincisi - süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi investisiyalar; üçüncüsü - təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq", - deyə diplomat əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda keçirilən Asiyada Qarşılıqlı Fəaliy...