Dünyanın gözü bu açıqlamada
Bu gün ABŞ prezidenti Donald Trampın Amerikanın İraqdakı hərbçilərini geri çəkib-çəkməyəcəyi ilə bağlı açıqlama verəcəyi gözlənilir.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Tramp Şimali Karolinadan qayıdarkən təyyarədə olan adı açıqlanmayan rəsmilərdən biri bu barədə açıqlama verib.
Onun sözlərinə görə, bu gün prezidentin hərbçilərin çıxarılması ilə bağlı bir müraciətinin olacağı gözlənilir. Yaxın günlərdə Əfqanıstan ilə bağlı da bənzər açıqlamanın olacağı gözlənilir.
Amerika mətbuatının məlumatına görə, Tramp yaxınlaşan prezident seçkisi ilə bağlı “sonu gəlməyən savaşları bitirmə” sözü vermişdi.
Xatırladaq ki, avqustda Ağ Evdə Trampla İraqın baş naziri arasında görüş olub. Görüşdən öncə ABŞ lideri “hərbçilərimizi İraqdan sürətlə çıxardırıq və ABŞ-ın orada qalmağa məcbur olmadığı günü səbirsizliklə gözləyirəm” demişdi.
“Wall Street Journal” Pentaqonun İraqdakı Amerika hərbçilərinin 1/3-ni geri çağıraraq ölkədəki hərbçi sayını 1500 civarına salacağını iddia edib.
Oxşar xəbərlər
Türkiyə şəhidləri üçün ağlayır - hərbçilərin adları bilindi - FOTO
Suriya ordusunun dünən təşkil etdiyi hava hücumu zamanı həyatını itirən Türkiyə ordusunun 33 hərbçisindən 26-nın şəxsiyyəti müəyyənləşib. BAKU.WS xəbər verir ki...