Çinin kosmik raketinin qalıqları bu əraziyə düşüb

09
may
2021
11:13
Çinin nəzarətdən çıxan “Long March 5B” kosmik raketinin qalıqlarının Hind okeanındakı Maldiv adaları yaxınlığına düşdüyü açıqlanıb.
BAKU.WS “Washingtonpost”a istinadən xəbər verir ki, dağıntılarının böyük bir qismi atmosferdə parçalanaraq yanan raketin geriyə qalan qırıntıları Hind okenına düşüb.
Bu haqda Çin Kosmik Mühəndisliyi Ofisindən məlumat verilib.
Bildirilib ki, “Long March 5B” kosmik raketi Çin saatı ilə 10:24 radələrində Maldiv adaları yaxınlığına eniş edib.
Sözügedən raketin enişini “SpaceTrack.com” saytı da təsdiqləyib.
Oxşar xəbərlər
Şamaxı Rəsədxanasından Mars açıqlaması
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ABŞ Milli Aeronavtika və Fəza Agentliyinin (NASA) Mars planetinə aparat göndərilməsinə münasibət bildirib....
