Çin Tayvan yaxınlığında hərbi təlimləri başa vurdu

Çin Tayvan yaxınlığında hərbi təlimləri başa vurdu
Siyasət 30

Çin ordusunun ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Tayvana səfərindən sonra başlayan hərbi təlimləri başa çatıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Çinin Şərq Teatr Komandanlığının sözçüsü Şi Yi bildirib.

Onun sözlərinə görə, ötən həftə başlayan təlimlərdə Çin bütün tapşırıqları uğurla yerinə yetirib.

Eyni zamanda, Çin Xalq Azadlıq Ordusu Tayvan boğazında mütəmadi olaraq patrul xidməti təşkil etməyi planlaşdırır. Şi Yi deyib ki, Çinin hərəkətləri Tayvanla şərti demarkasiya xətti ətrafındakı vəziyyətə əsaslanacaq.

Digər tərəfdən, “Bloomberg” bildirib ki, çərşənbə günündən etibarən Tayvan limanlarına gedən ticarət gəmiləri əvvəlcədən planlaşdırılan marşrutlar üzrə hərəkəti bərpa ediblər.

Son xəbərlər