Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub
27
mar
2026
17:12
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.
Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.
Oxşar xəbərlər
Rusiyada Azərbaycana qarşı qarayaxma: Bakının xoş niyyətini anlamayan şovinistlər - ŞƏRH
Rusiya mediasını izləyənlər burada yeni anti-Azərbaycan kampaniyasının başladığını görə bilər. Mediadan başqa bu qarayaxma kampaniyası telegram-kanallarda, sosi...