Britaniya kralının tacqoyma mərasimi gələn il keçiriləcək
Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi gələn il iyunun 3-də paytaxt Londondakı Vestminster Abbeyində keçiriləcək.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Britaniya hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Eyni zamanda agentlik qeyd edib ki, Britaniya hökumətində tacqoymadan əvvəl və sonra hansı günlərin istirahət olacağı ilə bağlı müzakirələr gedir.
Qeyd edək ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet bu il sentyabrın 8-də 96 yaşında vəfat edib. Britaniya taxtının faktiki varisi şahzadə Çarlz onun ölümündən sonra yeni monarx olub. Sentyabrın 10-da Londondakı Müqəddəs Ceyms sarayında o, rəsmi olaraq Böyük Britaniya kralı elan edilib.
Rəsmi olaraq hakimiyyətinin başlanğıcı sayılan tacqoyma mərasimi zamanı kralın 74 yaşı olacaq.
Oxşar xəbərlər
II Elizabetin dəfn mərasimi başlayıb - CANLI
Böyük Britaniya kraliçası II Elizabet bu gün dəfn olunur. BAKU.WS xəbər verir ki, hazırda nəşi Vestminster sarayında olan kraliçanın tabutu Parlament Meydanınd...