Bayden Ağ Evin girişində azıb - ANBAAN VİDEO

11
avq
2021
11:33
ABŞ Prezidenti Co Bayden Ağ Evin girişində təhlükəsizlik xidmətinin əməkdaşının göstərişinə məhəl qoymayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Hadisə Amerika liderinin Delaver ştatına səfərindən Vaşinqtona qayıdarkən baş verib.
Kadrlarda əməkdaşın Co Baydenə xüsusi yolla Ağ Evə girməsini göstərməsi öz əksini tapıb. Ancaq prezident tövsiyəyə məhəl qoymayıb və çəmənlik boyunca hərəkət edib.
Məlum olay 78 yaşlı Baydenə qarşı yeni tənqid dalğası yaradıb. Respublikaçılar hadisəni prezidentin iqamətgahın girişində azması kimi təqdim edib.

Oxşar xəbərlər
ABŞ Prezidenti ilə Çinin Sədri arasında ilk telefon danışığı olub
Mayın 30-da ABŞ Prezidenti Cozef Bayden Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefonda danışıb. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Amerika...