Cozef Bayden Kamala Harrisin ondan daha ağıllı olduğunu bildirib
ABŞ prezidenti Cozef Bayden bildirib ki, Birləşmiş Ştatların vitse-prezident Kamala Harris ondan daha ağıllıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, Cozef Bayden bunu Atlantada Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzdə deyib.
Kamala Harrisi təqdim edən ABŞ rəhbəri bir sıra suallara cavablandırarkən vitse-prezidenti yüksək qiymətləndirib.
"Buna heç bir əlavəm yoxdur, cənab prezident", - Harris cavabında deyib.
Qeyd edək ki, Bayden daha əvvəl Kamala Harrisi ABŞ prezidenti adlandırıb. Belə ki, ABŞ prezidenti ictimaiyyət qarşısında çıxışı zamanı Birləşmiş Ştatların vitse-prezidentinə dövlət başçısı deyib.
Əgər 78 yaşlı Cozef Bayden səlahiyyətlərini vaxtından iki il və ya daha çox müddət əvvəl başa vurmalı olsa, onda ABŞ-da dövlət başçısı vəzifəsini vitse-prezident icra edəcək.
Oxşar xəbərlər
Baydenin inaqurasiyasında eks-ledilərin oxşar geyimləri hansı məqsəd daşıyıb? - FOTO
Ötən gün ABŞ-da prezident səlahiyyətləri dörd illik hakimiyyəti sona çatan Donald Tramdan Co Baydenə keçdi. Oxu.az “Hürriyet”ə istinadən xəbər verir ki, atası y...