Baxtadze: “Gürcüstan rusiyalı turistlər üçün təhlükəsiz ölkədir”

24
iyn
2019
22:55
“Gürcüstan həm rusiyalı, həm də digər ölkələrdən olan turistlər üçün təhlükəsiz ölkədir”. BAKU.WS xəbər verir ki, bunu “İmedi” televiziyasına müsahibəsində Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib. “Gürcüstan Avropada ən təhlükəsiz ölkədir. O cümlədən, Tbilisi də Avropanın ən təhlükəsiz şəhəridir. Bunu turistlər də yaxşı bilirlər”, - deyə baş nazir Rusiyanın Gürcüstana təyyarə reyslərinin dayandırılması ilə bağlı qərarını şərh edərkən vurğulayıb. Baxtadzenin sözlərinə görə, bu məsələ Gürcüstanın xüsusi nümayəndəsinin Rusiyanın xarici işlər nazirinin müavini ilə yaxın günlərdə Praqada keçirəcəyi görüşündə müzakirə olunacaq.
Oxşar xəbərlər
Gürcüstanda nazir istefaya getdi
Gürcüstan hökumətində növbəti dəyişiklik olub. Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri David Sergeenko vəzifəsindən istef...
