Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı parad keçirilib
15
sen
2018
15:54
15 sentyabr - Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə Azadlıq meydanından başlayaraq Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində möhtəşəm parad keçirlilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər. Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri bolşevik işğalından azad edib. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Sentyabrın 15-də Bakıya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşü olub.BAKU.WS-in m...