Azərbaycanın Fransadakı səfirliyinin konsulluq bölməsi səyyar xidmət göstərəcək
08
dek
2024
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Fransadakı səfirliyinin konsulluq bölməsi Fransanın şəhərlərində səyyar konsulluq xidmətləri göstərəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, dekabrın 14-də Fransanın Nant şəhərində, fevralın 8-də Strasburq şəhərində konsulluq xidmətləri göstəriləcək.
Bu şəhərlərdə yaşayan azərbaycanlılar səyyar konsulluq xidmətləri zamanı Ümumvətəndaş pasportlarının yenilənməsi, konsulluq-hüquq sahəsində məsləhətlər üçün müraciət edə biləcəklər.
Oxşar xəbərlər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edib. BAKU.WS paylaşımı təqdim...